-
Ukraynada ərzaq ehtiyatı yaradılacaq, dövlət büdcəsi hesabına bütün ölkə üzrə illik istehlak miqdarında taxıl və digər ehtiyatlar alınacaq.
11 martda NATO Baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə NATO yazılı açıqlamay yayıb.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.
Bildirilir ki, Stoltenberq Antalya Diplomatiya Forumunda da iştirak edəcək.
Yalnız Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlardan sonra müharibəyə son qoymaq mümkün olacaq.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Bild” nəşrinə müsahibəsində deyib.
Zelenski əmindir ki, müharibəni yalnız Putinlə qarşılıqlı kompromis əsasında birbaşa dialoqdan sonra dayandırmaq olar:
“Hər danışıqda məqsədim Rusiya ilə müharibəni bitirməkdir. Mən də müəyyən addımlar atmağa hazıram. Siz güzəştə gedə bilərsiniz, amma bunlar mənim ölkəmə xəyanət olmamalıdır. Qarşı tərəf də güzəştə getməyə hazır olmalıdır, ona görə də buna "kompromislər" deyilir. Bu, vəziyyətdən çıxmağın yeganə yolu budur. Hələlik detallar barədə danışa bilmərik. Hələ prezidentlər arasında birbaşa əlaqəmiz olmayıb. Yalnız iki prezidentin birbaşa danışıqlarından sonra bu müharibəyə son qoymaq olar”.
Macarıstan ABŞ nümunəsinə uyğun olaraq hərəkət etməyəcək.
Axar.az xəbər verir ki, bunu ölkənin Baş naziri Viktor Orban bildirib.
Orban qeyd edib ki, Rusiya neft və qazının idxalına qadağa qoymayacaq.
Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişellə növbəti danışıqlar aparıb.
Axar.az xəbər verir ki, bu barədə V.Zelenski Tvitterdə yazıb.
Tərəflər Rusiya Federasiyasına təzyiqin artırılması tədbirləri və Ukraynanın Aİ-yə üzvlüyü məsələlərini müzakirə ediblər.
"Avropalı tərəfdaşlarla məsləhətləşmələr davam edir. Şarl Mişellə danışıqlar apardım", - Zelenski sosial şəbəkə hesabında vurğulayıb.
Onun sözlərinə görə, söhbət zamanı tərəflər Rusiya əleyhinə sanksiyaları, mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Rusiyaya koordinasiyalı təzyiqin zəruriliyi, Ukraynaya dəstək və ölkənin Aİ-yə üzvlüyü məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, fevralın 28-də Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb. Şarl Mişel bundan sonra bildirib ki, üzvlüklə bağlı Avropa İttifaqında konsensus yoxdur.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə Kuleba Tvitter hesabında paylaşım edib.
Kuleba ABŞ-a Rusiyaya qarşı yeni sərt sanksiyalar paketinə görə təşəkkür edib. O, vurğulayıb ki, Rusiya ukraynalılara qarşı hərbi təcavüzünü dayandırana qədər təzyiqlər artırılmalıdır.
Ukraynalı nazir Blinkenlə ölkəsinin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün gələcək addımları müzakirə edib.
Türkiyə sonuna qədər Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə və Rusiya işğalını pisləsə də, yenə də Rusiyaya qarşı sanksiyalara qoşulmadı.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik təşəbbüsləri haqda danışarkən deyib.
Onun sözlərinə görə, Rusiya və Ukrayna arasında sülhün təmin olunmasına səmimi şəkildə dəstək verən ölkələr Türkiyə, Azərbaycan və İsraildir:
“Türkiyə bölgədəki müharibənin milli maraqlarına zidd olduğunu dəfələrlə elan edib. İsrail isə Rusiyadan enerji alınmasına qoyulan qadağaların İran üçün yeni bir şans olacağını bilir. Avropa bu halda İrandan neft-qaz idxal etməyə məcbur olacaq və bu da cənub qonşumuza sanksiyaların götürülməsini tələb edir. İsrail İranın bu qlobal oyunda udan tərəf olmasını və çiçəklənməsini istəmir, çünki Tehran rejimini özünə ciddi təhdid görür.
Azərbaycan da hər iki ölkə ilə xoş münasibətləri olan, ticari baxımdan Rusiya ilə geniş əlaqələrə malik, eyni zamanda ölkələrin ərazi bütövlüyünü bütün platformalarda maksimum dəstəkləyən və bunun qorunmasına çalışan bir ölkədir.
Əlavə edək ki, hər 3 ölkə heç bir qlobal oyunda iştirak etmir, Rusiyaya qarşı cəbhədə yer almayıb. Bu baxımdan Ukraynada müharibənin bitməsinə bu 3 ölkə səmimi şəkildə çalışır və həm Rusiya, həm də Ukrayna bunun fərqindədir.
Ərdoğanın təşəbbüsləri, eyni zamanda Azərbaycan və İsrail prezidentlərinin Antalya Diplomatiya Forumunda iştirak edəcəyini bildirməsi də real və səmimi cəhdlərin dairəsini ortaya qoymuş olur.
Türkiyə Antalya Diplomatik Forumunda Rusiya və Ukrayna XİN rəhbərlərini görüşdürmək üçün hər iki tərəfin artıq razılığını alıb. Ona görə də bu görüş sülh istiqamətində əhəmiyyətli bir addım ola bilər”.