Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə Kuleba Tvitter hesabında paylaşım edib.
Kuleba ABŞ-a Rusiyaya qarşı yeni sərt sanksiyalar paketinə görə təşəkkür edib. O, vurğulayıb ki, Rusiya ukraynalılara qarşı hərbi təcavüzünü dayandırana qədər təzyiqlər artırılmalıdır.
Ukraynalı nazir Blinkenlə ölkəsinin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün gələcək addımları müzakirə edib.