Məşhur Hollivud aktyoru Şon Penn Polşadan qırıcıları Ukraynaya təslim etməyi xahiş edib.
Kult.az xəbər verir ki, bu barədə aktyor Tvitter hesabında yazıb.
O, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakla telefon əlaqəsi saxladığını bildirib:
“Ağ Ev və Polşa hakimiyyəti arasında hansısa bürokratik maneə səbəbindən qırıcılar hələ də Ukraynaya çatdırılmayıb”.
Qeyd edək ki, Polşa hakimiyyəti bütün MiQ-29 qırıcılarını Ukraynaya dərhal və pulsuz vermək üçün Almaniyadakı ABŞ bazasına göndərməyə hazır olduğunu açıqlayıb. Polşa bu qırıcıların verilmə məsuliyyətini ABŞ-ın daşımasını istəyir və yalnız ABŞ sifarişi əsasında bunu edə biləcəyini bildirir. Həmçinin ABŞ-dan MiQ-lərin əvəzinə ikinci əl NATO qırıcıları almaq istədiyini vurğulayıb.
ABŞ isə Polşanın bu istəyinin qəbul edilməsini mümkünsüz sayır və bildirir ki, MiQ-lərin verilməsində ABŞ bazasından istifadə etmək ölkəsinin və NATO-nun maraqlarına uyğun deyil.