Son xəbərlər

Dünyanın ən böyük musiqi şirkəti “Universal” Musiqi Qrupu Rusiyadakı bütün fəaliyyətini dayandırdığını və ölkədəki ofislərini bağladığını bəyan edib.

Kult.az xəbər verir ki, bu barədə “WSJ” məlumat yayıb.

Qeyd olunur ki, şirkət beynəlxalq sanksiyalara əməl edir. Rusiya bazarından çıxmaqla bağlı müzakirələr digər musiqi nəhəngləri olan “Soni” və “Vorner” musiqi qrupları ilə də aparılır.

Sanksiyalara qəti və həssas şəkildə cavab verəcəyik.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiyanın bütün istiqamətlərdə sanksiyalara qarşı tədbirlər gördüyü də vurğulanıb.

Bildirilir ki, Avropanın aviasiyaya tətbiq etdiyi sanksiyalar Rusiya sərnişin təyyarələrinin təhlükəsizliyini təhdid edir.

Kiyevə gələn əcnəbi döyüşçülərin sayı artıq 40 minə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Kanada jurnalisti Din Blandell məlumat yayıb.

Qeyd edilib ki, onlardan 500 nəfəri kanadalıdır.

Hazırda Rusiyanın yaratdığı siyasi reallıq və təhlükə Almaniya və Fransanı ABŞ-ın ağuşuna atıb.

Bu sözləri Axar.az-a açıqlamasında terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib. Ekspert indiki duruma görə sözügedən ölkələrin öz müdafiə xərclərini artırmalı olacaqlarını vurğulayıb:

“Öncədən Almaniya və Fransanın müdafiə xərcləri bu ölkələrdəki ÜDM-nin 2%-ni belə təşkil etmirdi. İndi isə sözügedən ölkələrin müdafiə xərclərini 4%-dək artıracağı bildirilir. Bu isə illik 400 milyard dollar deməkdir. Buna bir də digər NATO ölkələrini əlavə edin. Geosiyasi imperatorluğunu ildə 800 milyard dollara yaxın vəsait xərcləməklə davam etdirməyə çalışan ABŞ isə indidən qələbə qazanıb və bununla da kifayətlənməyəcək. Lakin Atlantika Alyansı üçün çox böyük risk dərindədir. Almaniya və Fransa bu dərin oyunu görür, ancaq hələlik sinəsinə çəkir. Qarşılıqlı etibarın zəifləməsi isə gələcəkdə çox dərin qopmalara, hətta düşmənçiliyə də səbəb ola bilər”.

Ukrayna və Rusiya artıq danışıqların 3 raundunu keçirib. Nəticə yalnız humanitar dəhlizlərdir, o da kağız üzərində.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.

O bildirib ki, Rusiya ordusu nasistdir, ona görə də təxliyə kolonlarını və mülki əhalini atəşə tutur:

“Ancaq qısa müddətdən sonra danışıqlar fərqli olacaq. Çünki o danışıqlarda Putin maraqlı olacaq.

Putin – faşistdir, nasistdir, o, yaxşı bilir ki, bizim insanlar mühasirədə zirzəmilərdədir. Mariupoldan başqa Kiyevətrafı şəhərlərdə də vəziyyət gərgindir. İnsanlar orda susuz, qida və dərmansız dəhşətli ölümlə üz-üzədir. Xarkovda vəziyyət az-çox sakitdir. Kiyevdən isə artıq çoxları gedib”.

Geraşenkonun sözlərinə görə, mübarizə qabaqdadır:

“Ancaq Putin artıq uduzub. Rusiya subyektivliyini itirib. Bizə müəyyən vaxta qədər gözləmək lazımdır və Putin özü danışıqlara gedəcək. Biz həm də illərdir Putinin əlində qalan Rusiya üçün savaşırıq”.

Biz Avropadayıq, azadlıq məkanındayıq. Bir çox insan Amerikadan, Kanadadan uzaq olduğumuzu düşünür. Amma yox, biz azadlıq zonasıyıq. Azadlığın sərhədləri pozulduqda və ora ayaq basılanda siz bizi qorumalısınız. Heyvan nə qədər çox yeyirsə, bir o qədər çox və daha çox istəyir.

Axar.az xəbər verir ki, bunu Prezident Vladimir Zelenski Ukrayna üzərində uçuşa qadağa zonasının tətbiqinin ABŞ-ın Rusiya ilə daha böyük müharibəyə cəlb olunmasına gətirib çıxaracağı iddiasını şərh edərkən deyib.

Prezident əlavə edib ki, Ukrayna ABŞ-dan döyüş təyyarələrinin təhvil verilməsinə köməklik göstərməyi xahiş edib:

“Biz başqa ölkələrin adlarını çəkməyəcəyik. Bu məsələni öyrənmişik, bilirik ki, bu sovet təyyarələri (Ukrayna sovet istehsalı olan hərbi təyyarələr istəyir, çünki onları idarə edənlər Ukraynada var, ABŞ təyyarələrinin pilotlarının hazırlanmasına isə aylarla vaxt lazımdır - red.) harada yerləşir, hansı dövlətlərdə var. Böyük ölçüdə bu məsələni ABŞ həll edəcək”.

Zelenski deyib ki, ABŞ Prezidenti Co Bayden Ukrayna üçün daha ​​çox şey edə bilər.