Dünyanın ən böyük səsyazma şirkəti Universal Music Rusiyadakı fəaliyyətini tamamilə dayandırıb.
Çin Avropanın strateji muxtariyyətini qoruyacaq təhlükəsizlik çərçivəsini dəstəkləyir.
Axar.az xəbər verir ki, bunu Çin Sədri Si Szinpin onlayn sammitdə fransız və alman həmkarları ilə görüşü zamanı deyib.
O, avropalı həmkarlarına Rusiya ilə Avropa Birliyi (AB), ABŞ və NATO arasında bərabərliyə əsaslanan dialoqun qurulduğunu görməkdən məmnun olacaqlarını bildirib.
Martın 8-də daha 699 türkiyəli Ukraynadan öz vətəninə yola salınıb. Təxliyə olunanlar Kiyev və Lvov daxil olmaqla yeddi şəhərdən çıxarılıblar.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitter sosial şəbəkə hesabında məlumat paylaşıb.
Vətənə dönənlərə salamat yolçuluq arzulayan nazir yazıb ki, bununla təxliyə olunanların sayı 13 min 120 nəfərə çatıb.
Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsi davam edir.
Qeyd edək ki, təxliyə əsasən qatar və avtobuslarla aparılır.
“Azov” alayı da Kiyevin müdafiəsinə qoşulub.
Axar.az xəbər verir ki, bunu Milli Korpusun Mərkəzi Qərargahının rəhbəri Maksim Jorin deyib.
O, hazırda “Azov”un komandirlərindən biri olduğunu qeyd edib.
Onun sözlərinə görə, Kiyevdə bir neçə müdafiə xətti qurulub:
“Hətta düşmən bütün canlı “ətini” və taxnikasını Kiyevə yönəltsə belə, arxayın olun, paytaxtı xilas edəcəyik. Onlarda heç nə alınmayacaq”.
Jorin düşmən hücumunun sürətini dəyişdiyini də vurğulayıb. Bildirib ki, meydanda onlar kifayət qədər sürətlidirlər, böyük şəhərlərdə isə ciddi çətinliklərlə üzləşirlər:
“Kiyevə əsas hücum istiqamətləri İrpen, Buça, Vorzel, Yasnoqorodkadır. Moşun məntəqəsində artıq bir sutkadır ki, döyüşlər gedir. Düşmən son sutkada bir neçə dəfə bizim müdafiəmizi yarmağa cəhd edib, ancaq Moşun bizim nəzarətimizdədir.
Hazırda Ukrayna SQ, “Azov” və ərazi müdafiə qüvvələri İrpen və Qostomelə nəzarət edir. Əks-hücumlar edilir və düşmən ciddi itkilər verir. Düşmənin canlı qüvvə, tank, BMP və təyyarə imkanları genişdir. Amma bunlar tam şəkildə iki səbəbdən işləmir: birincisi, ruslar döyüşə bilmir, bu mənada tamamilə qanmazdırlar, ikincisi, onlar Ukrayna traktoru ilə üzləşiblər”.
Beynəlxalq dərəcəli futbol hakimi Cüneyt Çakır cari mövsümün qalan hissəsində Türkiyə Super Liqasının oyunlarına təyinat almayacaq.
Avropa Birliyinin (AB) bütün nümayəndə heyətləri rusiyalı həmkarlarının Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) İcraiyyə Şurasının iclasındakı çıxışı zamanı zalı tərk ediblər.
Axar.az xəbər verir ki, bu barədə Fransanın Niderlanddakı səfiri Lyuis Vassi məlumat verib.
İranla Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən nüvə danışıqları dayandırılıb.
Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin ali nümayəndəsi Enrike Mora Tvitter hesabında yazıb.
"Artıq nə ekspert səviyyəsində danışıqlar, nə də rəsmi görüşlər var. Siyasi qərar vermək vaxtıdır, qalan mövzular isə qalmaqallıdır. İranın nümayəndəsi, xarici işlər nazirinin müavini Əli Bagiri də Tehrana gedib".
Rusiya ordusu yüksək dəqiqlikli uzaqmənzilli raketlə 7 martda Ukrayna HHQ-nin Jitomir rayonundakı Ozernoe aerodromunu sıradan çıxarıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya MN-nin rəsmisi İqor Konaşenkov deyib.
Ukrayna Prezidenti Vladimir Zelenski Krım və Donbası “tanınması” ilə bağlı sualı cavablandırıb.