Rusiya Prezidenti Vladimir Putin daha çox Prezident Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi yaradır.

Axar.az xəbər verir ki, bu barədə "Frans 24" televiziya kanalının müxbiri Kasper Mortimer Ərdoğan-Putin dialoqunu şərh edərkən söyləyib.

Kanalın müxbiri Ərdoğan və Putinin anlaşa bildiyinin bir həqiqət olduğunu, Putinin Ərdoğana dünyanın digər liderlərindən daha çox zəng etdiyini vurğulayıb.

Fransız müxbir Türkiyənin balanslı siyasətinə işarə edərək Ərdoğanın Putinə “Ukraynada etdiklərinə görə sizə qarşı çıxsam belə, dost qalmaq istəyirəm” mesajını verdiyini qeyd edib.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-prisində növbəti görüşünü keçirib.

Axar.az xəbər verir ki, 37 yaşlı qrossmeyster D qrupundakı V tur qarşılaşmasında qara fiqurlarla rusiyalı Aleksandr Predke ilə üz-üzə gəlib.

Qarşılaşma 58-ci gedişdə heç-heçə ilə yekunlaşıb. Bununla da Məmmədyarov ardıcıl 5-ci dəfə "sülh"ə razılaşıb.

O, Predke ilə III turda ağ fiqurlarla heç-heçə edib. Azərbaycan təmsilçisi I və IV turlarda çinli Yu Yanqyu ilə, II turda isə fransalı Maksim Vaşye-Laqravla bərabərə qalıb.

Hazırda Vaşye-Laqrav 3 xalla qrupa başçılıq edir. Hərəyə 2,5 xalı olan Məmmədyarov və Yanqyu 2-3-cü yerləri bölüşdürür. Predke isə 2 xalla sonuncu pillədə qərarlaşıb.

Məmmədyarov martın 7-də qrupun son tur matçında ağ fiqurlarla Vaşye-Laqravla üz-üzə gələcək. Yalnız qələbə təqdirində o, qrup lideri ola biləcək.

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.

Qeyd edək ki, FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.

Böyük Britaniyanın daxili işlər naziri Priti Patel Rusiyanın İnterpoldan çıxarılması müraciəti ilə təşkilata məktub ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə nazir Tvitter səhifəsində yazıb.

O bildirib ki, məsələyə bu həftə ərzində baxılmalıdır.

Bu gün Bağışlanan Bazar günüdür. Amma yüzlərlə qurbanı bağışlamayacağıq. Minlərlə iztirab... Və Allah bağışlamayacaq. Nə bu gün, nə də sabah.. . Heç vaxt. Bağışlanmaların əvəzinə Qiyamət günü olacaq.

Axar.az xəbər verir ki, bunları Ukrayna Prezidenti Vladimir Zelenski xalqa növbəti müraciətində deyib.

Ehtiyac yaranacağı təqdirdə nəslimin nümayəndələri də canlı qüvvə kimi Ukraynaya yollanmağa hazırdır.

Axar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

O bildirib ki, Çeçenistanda “SOBR Əhməd” yaradılıb və burada Kadırovlar nəslindən 60-dan çox döyüşçü var:

“Onlar elə indi Ukraynanı quldurlardan azad edilməsinə töhfə vermək istəyirlər. Yalnız əmrin olmaması onları burada saxlayır. Lakin hər biri ürəkdən inanır ki, uzun müddət gözləməyəcək. Ehtiyac olacağı təqdirdə kadırovlar Ukraynaya daha çox canlı qüvvə göndərməyə hazırdır”.

Rusiya Prezidenti Vladimir Putinlə əlaqə kanallarını saxlamaq vacibdir.

Axar.az xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan İv-Lö Drian deyib.

Qeyd edək ki, ötən gün Fransa Prezidenti Emmanuel Makron Rusiya və Ukrayna dövlət başçıları ilə telefonda regiondakı son situasiyanı müzakirə edib.

Rusiya Odessanı bombalamağa hazırlaşır.

Axar.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski video-müraciətində bildirib.

"Odessanı bombalamağa hazırlaşırlar. Odessa! Ruslar həmişə Odessaya gəliblər. Onlar burada həmişə isti və səmimi münasibət görüblər. İndi nə? Odessaya bomba? Odessaya artilleriya? Odessaya raketlər? Bu, tarixi bir cinayət olacaq” , - prezident vurğulayıb.

İsrailin Baş naziri Naftali Bennett Ukrayna Prezidenti Vladimir Zelenski ilə bir gündə üçüncü dəfə danışıqlar aparıb.

Axar.az xəbər verir ki, məlumatı "Röyters" yayıb.

Bennett Rusiya və Ukrayna prezidentləri arasında vasitəçiliyə davam edəcəyini deyib.

Bundan əvvəl baş nazir Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

“Yerusəlim Post”un məlumatına görə, dövlət başçıları arasında danışıqlar təxminən 3 saat davam edib və əsas diqqət Ukraynadakı vəziyyətə yönəlib.

Avropa Birliyinin vəsaiti Ukraynaya döyüş təyyarələrinin tədarükünü maliyyələşdirmək üçün istifadə edilməyəcək.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel “Le Journal du Dimanche” qəzetinə müsahibəsində deyib.

Eyni zamanda o, etiraf edib ki, AB-yə üzv bəzi dövlətlər hava qüvvələrinin istifadəsi ilə bağlı vəsait və ya ehtiyat hissələrin tədarükü imkanlarını nəzərdən keçirirlər.

Mişel xatırladıb ki, AB Ukraynaya 450 milyon avro dəyərində silahlar və 50 milyon avro dəyərində müdafiə texnikası göndərəcək.