Avropa Birliyinin vəsaiti Ukraynaya döyüş təyyarələrinin tədarükünü maliyyələşdirmək üçün istifadə edilməyəcək.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel “Le Journal du Dimanche” qəzetinə müsahibəsində deyib.
Eyni zamanda o, etiraf edib ki, AB-yə üzv bəzi dövlətlər hava qüvvələrinin istifadəsi ilə bağlı vəsait və ya ehtiyat hissələrin tədarükü imkanlarını nəzərdən keçirirlər.
Mişel xatırladıb ki, AB Ukraynaya 450 milyon avro dəyərində silahlar və 50 milyon avro dəyərində müdafiə texnikası göndərəcək.