İsrailin Baş naziri Naftali Bennett Ukrayna Prezidenti Vladimir Zelenski ilə bir gündə üçüncü dəfə danışıqlar aparıb.
Axar.az xəbər verir ki, məlumatı "Röyters" yayıb.
Bennett Rusiya və Ukrayna prezidentləri arasında vasitəçiliyə davam edəcəyini deyib.
Bundan əvvəl baş nazir Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
“Yerusəlim Post”un məlumatına görə, dövlət başçıları arasında danışıqlar təxminən 3 saat davam edib və əsas diqqət Ukraynadakı vəziyyətə yönəlib.