Rusiya Odessanı bombalamağa hazırlaşır.
Axar.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski video-müraciətində bildirib.
"Odessanı bombalamağa hazırlaşırlar. Odessa! Ruslar həmişə Odessaya gəliblər. Onlar burada həmişə isti və səmimi münasibət görüblər. İndi nə? Odessaya bomba? Odessaya artilleriya? Odessaya raketlər? Bu, tarixi bir cinayət olacaq” , - prezident vurğulayıb.