Rusiya hazırda yüksək bədəl ödəyir. Bu, Putinin müharibəsidir. Bu savaşı özü seçdi, indi dinc ölkəyə hücum edir.

Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

"Putindən tələb edirik ki, müharibəni dərhal dayandırsın, qoşunlarını Ukraynadan heç bir şərt olmadan çıxarsın və diplomatiya prosesinə başlasın. Kremlin iddialı hərəkətləri hamıya təsir edir.

Ölkələrimizi təhlükəsiz saxlamaq üçün NATO və strateji məsləhətləşmələrə ehtiyac var. Putin nəyisə səhv hesablayıb, biz həmişəkindən daha güclü və yaxınıq. AB xarici işlər nazirləri ilə mümkün ssenariləri müzakirə etdik", - Stoltenberq bildirib.

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.

Axar.az xəbər verir ki, o, sabah Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

Toplantıda müharibənin dayandırılması üçün göstərdiyimiz səylər vurğulandı. İki tərəflə dialoq quran nadir ölkələrdən olduğumuz bildirildi.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirləri toplantısında deyib.

“Məqsədimiz humanitar dəhlizləri mümkün qədər tez açmaqdır. Biz balanslaşdırılmış siyasətimizi davam etdirəcəyik. Üzərimizə düşəni edəcəyik.

Hər iki xarici işlər nazirini Antalyada bir araya gətirməyi planlaşdırırdıq. Şərtlər imkan versə, Rusiyanın xarici işlər naziri Lavrovla ukraynalı həmkarı Kulebanı Antalya Diplomatik Forumunda bir araya gətirmək istərdik”, - Çavuşoğlu bildirib.

Ukraynada vəziyyətin daha da pisləşəcəyi və qurbanların sayının artacağı gözlənilir.

Axar.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Bugünkü vəziyyətin daha da pisləşməsi ehtimalı var: daha çox ölü, daha çox əzab, daha çox dağıntı…”, - Stoltenberq qeyd edib.

Ukraynanın Nikolayev şəhərinin atəşə tutulması nəticəsində bir azərbaycanlı həlak olub.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətində sədr müavini Adil Babayev bildirib.

O qeyd edib ki, hadisə avtomobilin raket atəşinə tutulması nəticəsində baş verib: "Maşında olan bir azərbaycanlı ölüb, biri isə yaralanıb. Meyit şəhərdəki məscidə gətirilib. Hələ şəxsiyyəti bilinmir".

A.Babayev deyib ki, Nikolayev şəhərində 14 minə yaxın azərbaycanlı yaşayır.

Biz daha çox Kiyevdə, digər şəhər və yaşayış məntəqələrindəki müqavimətə, şəhər döyüşlərinə diqqət yetiririk. Ancaq Ukraynada zamanla geniş ərazilərə yayılma ehtimalı olan müqavimət və yeraltı həmlələr öz varlığını davam etdirmək üçün geniş fürsətlər verir.

Bu sözləri Axar.az-a açıqlamasında terror və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar deyib.

Ağar Ukrayna ərazisinin, meşələrinin və dağlarının sözügedən döyüş forması üçün uyğun olduğunu qeyd edib:

“Ukraynanın nəhəng, qaranlıq və dərin fıstıq meşələri, qara palçığı, qarmaqarışıq axar su bataqlıqları bu ölkənin Tora Borası ola bilərmi?” – sualının cavabı çox önəmlidir.

Ukraynada nəhəng meşələrin başında Çernobıl, Uqolsko-Şirokolujanski, Kusik və Marmaroş, Svidovets meşələri gəlir. Sadaladığımız meşələr həm də Avropanın ən böyük meşələridir. Qoverla ilə Ukraynanın ən hündür dağı Qara dağ (Çornaya qora - 2061 metr) bunun üçün son dərəcə əlverişlidir. Rumıniya ilə sərhəddəki Karpat dağları isə dağ bloku və sıx meşələr baxımından ölkənin ən yüksək ərazisidir. Bu bölgənin sərhəd xaricindəki ərazilərdən dəstək alma, yuvalanma, qaçış və başqa məsələlər üçün özəl xüsusiyyətləri var. Digər bir cavab axtarmalı olduğumuz sual isə budur: “Su keçidləri əngəllənmiş, palçıq və bataqlıqlardan qaçan rus ordusu yalnız havaya məhkum ola bilərmi?”