Vladimir Putinin Rusiya mədəniyyət xadimləri ilə görüşərək Ukrayna ilə bağlı mövqeyini izah edə bilər, lakin indi dövlət başçısının iqtisadi məsələlərlə məşğul olması vacibdir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Növbə gələcək və belə bir hadisə mütləq olacaq. Amma yenə də lütfən razılaşın ki, indi belə aqressiv şəraitdə iqtisadiyyat çox vacibdir. Mən deməyəcəyəm ki, mədəniyyətdən daha vacibdir, hər şey vacibdir. Amma iqtisadiyyat hamımızı narahat edən, vətəndaşlarımızın rifahı ilə bağlı olan amildir”, - o bildirib.