Türkiyədə və dünyada məşhur olan din xadimi Ahmet Mahmut Ünlü mart ayının çətin ay olacağını bəyan edib.
2022.03.03 - 22:27
Moldova hakimiyyəti Avropa Birliyinə (AB) üzv olmaq üçün rəsmi müraciət ünvanlayacaq.
Axar.az xəbər verir ki, bunu Moldova Prezident Maya Sandu deyib.
Ölkə başçısı müvafiq sənədi parlamentin spikeri İqor Qrosu və baş nazir Natalya Qavrilitsa ilə birgə imzaladığını bildirib.
***
Moldova Prezidenti Maya Sandu ölkəsinin Avropa Birliyinə daxil olması üçün rəsmi ərizəni imzalayıb.
Bu barədə DV məlumat yayıb.
“Biz sülh, firavanlıq içində yaşamaq, azad dünyanın bir hissəsi olmaq istəyirik. Bəzi qərarlar vaxt tələb etdiyi halda, digərləri tez və qətiyyətlə qəbul edilməlidir”, - Sandu qeyd edib.
İsraili düşmən olaraq görmürük.
Axar.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman deyib.
“Əksinə, biz İsrailə bir çox məsələlərdə ortaq maraqlara nail olmaq üçün birlikdə çalışa biləcəyimiz potensial müttəfiq kimi baxırıq. Amma öncə bəzi problemləri həll etmək lazımdır”, - vəliəhd vurğulayıb.
İsrail-Fələstin münaqişəsindən danışan Salman bildirib:
"İsraillilərlə fələstinlilər arasındakı problemin həll olunacağına ümid edirik”.
Həyatımızda heç vaxt siyasətdə rəqabətdən qaçmamışıq. Əslində biz bunu vətənə, millətə xidmət yolunda bir nemət kimi gördük.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Xəstəxanasından tutmuş yoluna, sənayesindən tutmuş xarici siyasətinə qədər atılan böhtanların adı köksüzlükdür. Köksüz ağac qurumağa və çökməyə məhkumdur”, - Ərdoğan bildirib.
Rusiya və Ukraynanın düşdüyü vəziyyəti görürsünüz də, elə deyilmi? Onlardan dərs alaraq yolumuza davam edəcəyik.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
“Türkiyənin qarşısında iki yol var: birincisi, ölkəmizin 20 il ərzində böyük zəhmətlə gəldiyi yeri həm iqtisadi, həm hərbi, həm də siyasi baxımdan dünyanın ən yaxşıları sırasında taclandırmaqdır; ikinci yol isə ötən əsrin 90-cı illərinin siyasi qeyri-sabitlik, xaos, iqtisadi çöküş illərinə geri qayıtmaqdır”, - Ərdoğan qeyd edib.
Müxalif kəsimi tənqid edən dövlət başçısı bildirib ki, onlar (müxalifət - red.) millətin və ölkənin maraqları ilə bağlı heç bir təklif irəli sürməyi bacarmayıb.
Ukraynanın Odessa vilayətinin Belqorod-Dnestrovski şəhərinin yaxınlığındakı Belenki kəndində hərbi hissəyə hücum cəhdi olub, təyyarə vurulub.
Axar.az xəbər verir ki, bu barədə Belqorod-Dnestrovski meri Vitali Qrajdan bildirib.
"Vəziyyət sabit deyil. Belenkidəki hərbi hissəyə hücuma cəhd edilib! Hücum dəf edilib! Deyəsən, təyyarə vurulub! Desant təyyarədən paraşütlə tullanıb", - deyə mer bildirib.
Beynəlxalq Pişiklər Federasiyası (FIFE) Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatla bağlı rus pişiklərinə qarşı sanksiyalar tətbiq edib.
Fransa hökuməti “Rosneft”in prezidenti İqor Seçinə məxsus yaxtaya həbs qoyub.
Axar.az xəbər verir ki, bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Lö Mer deyib.
“Rusiyalı oliqarxın yaxtası ələ keçirilib. Rusiya hakimiyyətinə yaxın şəxslərə qarşı Avropa Birliyinin sanksiyalarını tətbiq edən Fransa gömrükçülərinə təşəkkür edirik”, - nazir bildirib.
Qeyd edək ki, Seçinin “Amore Vero” adlı yaxtası 2013-cü ildə istehsal olunub. Yaxtanın qiymətinin 120 milyon dollar dəyərində olduğu bildirilir.
Türkiyədə və dünyada məşhur olan din xadimi Ahmet Mahmut Ünlü mart ayının çətin ay olacağını bəyan edib.
Britaniya hərbi cinayətlərdən danışanda, ələlxüsus Rusiyanı belə cinayətlərdə günahlandıranda insanın özündən aslı olmayaraq qəribə bir emossiyası yaranır. Axı bu sinizmin ən pik nöqtəsidir. Kim bu barədə danışsa belə, Britaniya susmalıdır. Çünki bəşəriyyət tarixində ən çox hərbi cinayət törədən dövlət elə Britaniyanın özüdür.
Axar.az xəbər verir ki, bu fikirləri rusiyalı teleaparıcı Vladimir Solovyov bildirib.
“Boris Conson Rusiyanı hərbi cinayətlərdə ittiham edib. Bu qəribədir. Əgər tarixi yadımıza salsaq, Britaniyanın saysız-hesabsız hərbi cinayətlərinin olduğunu görərik. Yaxsı, tarixi qoyduq bir qırağa. Gəlin yaxın keçmişi yada salaq. Axı dünya bu ölkənin əsgərçiklərinin 2000-ci illərdə İraqın Əbu-Qüreyb həsxanasında törətdiyi qeyri-insani hərəkətlərini yaddan çıxara biməz... Əgər bilmirsinizsə, yazın internetə, oxuyun. Consonun Rusiya haqqında bu tip ittihamları gülüncdür”, - deyə o qeyd edib.