Həyatımızda heç vaxt siyasətdə rəqabətdən qaçmamışıq. Əslində biz bunu vətənə, millətə xidmət yolunda bir nemət kimi gördük.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Xəstəxanasından tutmuş yoluna, sənayesindən tutmuş xarici siyasətinə qədər atılan böhtanların adı köksüzlükdür. Köksüz ağac qurumağa və çökməyə məhkumdur”, - Ərdoğan bildirib.