2022.03.03 - 22:27
Moldova hakimiyyəti Avropa Birliyinə (AB) üzv olmaq üçün rəsmi müraciət ünvanlayacaq.
Axar.az xəbər verir ki, bunu Moldova Prezident Maya Sandu deyib.
Ölkə başçısı müvafiq sənədi parlamentin spikeri İqor Qrosu və baş nazir Natalya Qavrilitsa ilə birgə imzaladığını bildirib.
***
Moldova Prezidenti Maya Sandu ölkəsinin Avropa Birliyinə daxil olması üçün rəsmi ərizəni imzalayıb.
Bu barədə DV məlumat yayıb.
“Biz sülh, firavanlıq içində yaşamaq, azad dünyanın bir hissəsi olmaq istəyirik. Bəzi qərarlar vaxt tələb etdiyi halda, digərləri tez və qətiyyətlə qəbul edilməlidir”, - Sandu qeyd edib.