Fransa hökuməti “Rosneft”in prezidenti İqor Seçinə məxsus yaxtaya həbs qoyub.
Axar.az xəbər verir ki, bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Lö Mer deyib.
“Rusiyalı oliqarxın yaxtası ələ keçirilib. Rusiya hakimiyyətinə yaxın şəxslərə qarşı Avropa Birliyinin sanksiyalarını tətbiq edən Fransa gömrükçülərinə təşəkkür edirik”, - nazir bildirib.
Qeyd edək ki, Seçinin “Amore Vero” adlı yaxtası 2013-cü ildə istehsal olunub. Yaxtanın qiymətinin 120 milyon dollar dəyərində olduğu bildirilir.