Britaniya hərbi cinayətlərdən danışanda, ələlxüsus Rusiyanı belə cinayətlərdə günahlandıranda insanın özündən aslı olmayaraq qəribə bir emossiyası yaranır. Axı bu sinizmin ən pik nöqtəsidir. Kim bu barədə danışsa belə, Britaniya susmalıdır. Çünki bəşəriyyət tarixində ən çox hərbi cinayət törədən dövlət elə Britaniyanın özüdür.
Axar.az xəbər verir ki, bu fikirləri rusiyalı teleaparıcı Vladimir Solovyov bildirib.
“Boris Conson Rusiyanı hərbi cinayətlərdə ittiham edib. Bu qəribədir. Əgər tarixi yadımıza salsaq, Britaniyanın saysız-hesabsız hərbi cinayətlərinin olduğunu görərik. Yaxsı, tarixi qoyduq bir qırağa. Gəlin yaxın keçmişi yada salaq. Axı dünya bu ölkənin əsgərçiklərinin 2000-ci illərdə İraqın Əbu-Qüreyb həsxanasında törətdiyi qeyri-insani hərəkətlərini yaddan çıxara biməz... Əgər bilmirsinizsə, yazın internetə, oxuyun. Consonun Rusiya haqqında bu tip ittihamları gülüncdür”, - deyə o qeyd edib.