Beynəlxalq Qırmızı Xaç Komitəsi bizim humanitar missiya icra edən maşınlarımızda onun emblemindən istifadəni qadağan edib.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski martın 8-də etdiyi ilk video-müraciətdə bildirib.
“Qırmızı Xaç bunu edir, elə bil bu, onların öz əmlakıdır. Bu, bir nümunədir. Bu, bir çox mətləblərdən xəbər verir. Bu, bəzi çox nüfuzlu şəxslərin ukraynalıların məhv edilməsinə qərar verdiklərinin göstəricisidir. Mən buna yol verməyəcəyəm. Biz buna yol verməyəcəyik. Dostlarımız bizimlə bir cərgədədir.
Əlbəttə, biz Ukraynaya yardım etməyi bacaran tərəfdarlarımız, bütün dövlətlərin parlament sədrləri ilə danışıqları davam etdirirk”, - Zelenski vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Ukrayna, Rusiya və Beynəlxalq Qırmızı Xaç Komitəsi Ukraynanın Sum şəhərindən humanitar dəhlizlə bağlı razılıq əldə etmişdilər.