ABŞ bazalarından Ukraynaya təyyarə göndərilməsi Vaşinqton və NATO-nun maraqlarına uyğun deyil.
Axar.az xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Cen Psaki deyib.
“Düşünürəm ki, ABŞ bazalarından münaqişəli bölgəyə təyyarə göndərilməsi nə bizim, nə də NATO-nun maraqlarına uyğundur. Bunun üçün hərbi ekspert olmağa gərək yoxdur”, - deyə Psaki bildirib.
Qeyd edək ki, Polşa hakimiyyəti bütün MiQ-29 qırıcılarını Ukraynaya dərhal və pulsuz vermək üçün Almaniyadakı ABŞ bazasına göndərməyə hazır olduğunu açıqlayıb. Polşa bu qırıcıların verilmə məsuliyyətini ABŞ-ın daşımasını istəyir və yalnız ABŞ sifarişi əsasında bunu edə biləcəyini bildirir. Həmçinin ABŞ-dan MiQ-lərin əvəzinə ikinci əl NATO qırıcıları almaq istədiyini vurğulayıb.
ABŞ isə Polşanın bu istəyinin qəbul edilməsini mümkünsüz sayır və bildirir ki, MiQ-lərin verilməsində ABŞ bazasından istifadə etmək ölkəsinin və NATO-nun maraqlarına uyğun deyil.
Ukrayna Prezidenti Vladimir Zelenski və Qətər əmiri Şeyx Təmim bin Həməd əl Tani arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Qətər mediası məlumat yayıb.
Söhbət zamanı tərəflər müxtəlif regional məsələləri, o cümlədən Ukraynadakı son prosesləri, problemlərin sülh və diplomatik yollarla həlli yollarını müzakirə ediblər.
Rusiya Prezidenti Vladimir Putin hərbi təcavüzlə öz məqsədilə nail ola bilmir, indi isə o, Qərbin Ukrayna ilə bağlı təvazökar addımları atmağa cəsarət edə bilməməsi sayəsində diplomatik təzyiqlə məqsədinə nail olur.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Piontovski öz məqaləsində qeyd edib.
“İndi isə Bennett planı haqqında... Kobud dillə desək, Moskva Donetsk, Luqansk və Krımı çıxandan sonra Ukraynanın bütünlüklə işğalından əl çəkir. Həmçininn Ukrayna NATO-ya daxil olmaqdan imtina edir, neytrallığını bəyan edir, hansısa formada Krım və Donbasın Rusiyanın olmasını qəbullanır.
Bu, kapitulyasiayaya olduqca oxşardır. Ancaq Ukrayna rəhbərliyini günahlandırmaq çətindir. Çünki bu, məhz Qərbin sözün əsl mənasında acizliyini və Ukraynanı minimal dərəcədə müdafiə etmək istəmədiyini nümayiş etdirdiyi gündə təklif olunur.
Moskva isə şantajını davam etdirir: Ya Bennett planı ilə razılaşırsınız, ya da biz daha qəddar bombardmanlara keçəcəyik: Qroznı və Hələblə etdiyimizi Ukrayna şəhərlərinə qarşı da edəcəyik. Bu vəziyyətdə Ukrayna rəhbərliyi çox çətin seçim qarşısındadır. Bennett planı Ukrayna üçün qəbuledilməzdir, lakin bu, onu da göstərir ki, Putin özünün maksimal hədəflərindən imtina etmək məcburiyyətindədir”, - deyə müəllif yazısında bildirib.
Böyük Britaniyanın "Mothercare" şirkəti Rusiyada fəaliyyətini dayandırdığını elan edib.
Bu gün İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi yüksək səviyyəli heyətin müşayiəti ilə Azərbaycana səfər edəcək.
Xəbər verdiyimiz kimi, "McDonalds" şəbəkəsi Rusiyada yerləşən bütün restoranlarını müvəqqəti olaraq bağlayıb.
2022-2023-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna may ayında başlanılacaq.
Bu barədə Axar.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
Prosesin başlanılma tarixi barədə vətəndaşlara əvvəlcədən ətraflı məlumat veriləcək.
ABŞ-ın "Yum! Brands" şirkəti özünə məxsus olan KFC və "Pizza Hut" restoranlar şəbəkəsinin Rusiyada fəaliyyətlərini dayandırdığını açıqlayıb.
"icaze.e-gov.az" portalına daxil etmə ilə bağlı tələb qüvvədə saxlanılır.
Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasına son sutkada 126 yoluxma faktı qeydə alınıb, 882 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.