Bu gün İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi yüksək səviyyəli heyətin müşayiəti ilə Azərbaycana səfər edəcək.
Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.
İranlı heyətin Azərbaycana səfəri bu gün Naxçıvana səfərlə başlayacaq, daha sonra səfər Bakıda davam edəcək.
Nazirin səfəri 11 martda Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Komissiyanın iclasının keçirilməsi çərçivəsində baş tutacaq.
Səfər çərçivəsində R.Qasemini bir neçə nazirin müavini və digər rəsmi şəxslər müşayiət edəcək.
Səfər çərçivəsində İran heyəti iki ölkənin birgə əməkdaşlıq üzrə layihələri ilə tanış olacaqlar.