ABŞ-ın "Yum! Brands" şirkəti özünə məxsus olan KFC və "Pizza Hut" restoranlar şəbəkəsinin Rusiyada fəaliyyətlərini dayandırdığını açıqlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.
Qərar Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatla əlaqədar qəbul edilib.
Qeyd edək ki, ötən gün "McDonald's", "Pepsi" və "Coca-Cola" şirkətləri, bu gün isə "Mothercare" və bir sıra digər şirkətlər Rusiyada fəaliyyətini müvəqqəti dayandırdıqlarını bildiriblər.