ABŞ bazalarından Ukraynaya təyyarə göndərilməsi Vaşinqton və NATO-nun maraqlarına uyğun deyil.
Axar.az xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Cen Psaki deyib.
“Düşünürəm ki, ABŞ bazalarından münaqişəli bölgəyə təyyarə göndərilməsi nə bizim, nə də NATO-nun maraqlarına uyğundur. Bunun üçün hərbi ekspert olmağa gərək yoxdur”, - deyə Psaki bildirib.
Qeyd edək ki, Polşa hakimiyyəti bütün MiQ-29 qırıcılarını Ukraynaya dərhal və pulsuz vermək üçün Almaniyadakı ABŞ bazasına göndərməyə hazır olduğunu açıqlayıb. Polşa bu qırıcıların verilmə məsuliyyətini ABŞ-ın daşımasını istəyir və yalnız ABŞ sifarişi əsasında bunu edə biləcəyini bildirir. Həmçinin ABŞ-dan MiQ-lərin əvəzinə ikinci əl NATO qırıcıları almaq istədiyini vurğulayıb.
ABŞ isə Polşanın bu istəyinin qəbul edilməsini mümkünsüz sayır və bildirir ki, MiQ-lərin verilməsində ABŞ bazasından istifadə etmək ölkəsinin və NATO-nun maraqlarına uyğun deyil.