Ukrayna Prezidenti Vladimir Zelenski və Qətər əmiri Şeyx Təmim bin Həməd əl Tani arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Qətər mediası məlumat yayıb.
Söhbət zamanı tərəflər müxtəlif regional məsələləri, o cümlədən Ukraynadakı son prosesləri, problemlərin sülh və diplomatik yollarla həlli yollarını müzakirə ediblər.