Ukrayna və Rusiya artıq danışıqların 3 raundunu keçirib. Nəticə yalnız humanitar dəhlizlərdir, o da kağız üzərində.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.
O bildirib ki, Rusiya ordusu nasistdir, ona görə də təxliyə kolonlarını və mülki əhalini atəşə tutur:
“Ancaq qısa müddətdən sonra danışıqlar fərqli olacaq. Çünki o danışıqlarda Putin maraqlı olacaq.
Putin – faşistdir, nasistdir, o, yaxşı bilir ki, bizim insanlar mühasirədə zirzəmilərdədir. Mariupoldan başqa Kiyevətrafı şəhərlərdə də vəziyyət gərgindir. İnsanlar orda susuz, qida və dərmansız dəhşətli ölümlə üz-üzədir. Xarkovda vəziyyət az-çox sakitdir. Kiyevdən isə artıq çoxları gedib”.
Geraşenkonun sözlərinə görə, mübarizə qabaqdadır:
“Ancaq Putin artıq uduzub. Rusiya subyektivliyini itirib. Bizə müəyyən vaxta qədər gözləmək lazımdır və Putin özü danışıqlara gedəcək. Biz həm də illərdir Putinin əlində qalan Rusiya üçün savaşırıq”.