Rus sülhməramlılarının Qarabağdan çıxdığını əks etdirən görüntülər yayılıb.
Axar.az Yenipress.az-a istinadən xəbər verir ki, bu barədə Teleqramda video paylaşılıb.
Buna Ukrayna ilə müharibənin səbəb olduğu bildirilib. İddia olunur ki, onlar Ukrayna ilə müharibəyə cəlb olunacaqlar. Həmçinin başqa bir versiyaya görə, hərbçilərin bir hissəsi Gümrüdəki 102-ci bazaya köçürüləcək, Gümrüdə olanlar isə Ukrayna ilə müharibə üçün yola düşəcəklər.