Dünyanın ən böyük musiqi şirkəti “Universal” Musiqi Qrupu Rusiyadakı bütün fəaliyyətini dayandırdığını və ölkədəki ofislərini bağladığını bəyan edib.
Kult.az xəbər verir ki, bu barədə “WSJ” məlumat yayıb.
Qeyd olunur ki, şirkət beynəlxalq sanksiyalara əməl edir. Rusiya bazarından çıxmaqla bağlı müzakirələr digər musiqi nəhəngləri olan “Soni” və “Vorner” musiqi qrupları ilə də aparılır.