Belarus lideri Aleksandr Lukaşenko Moskvaya səfər edib.
Axar.az xəbər verir ki, bu barədə Belarus mediası məlumat yayıb.
Onun bu gün Rusiya Prezidenti Putinlə görüşəcəyi gözlənilir. Liderlərin müzakirəsinin əsas mövzusu Ukrayna hadisələri, ikitərəfli əlaqələr və iqtisadi vəziyyətdir.