Rusiya lideri Vladimir Putin Ukraynadakı hərbi əməliyyatlara könüllülərin cəlb edilməsi barədə təkliflə razılaşıb.
Axar.az xəbər verir ki, bu barədə qərar Təhlükəsizlik Şurasının hazırda davam edən iclasında qəbul edilib.
Putin, həmçinin Şoyqunun müharibədə qənimət kimi ələ keçirilən Qərb istehsalı olan hərbi texnikaların Donbasa verilməsi təklifini dəstəkləyib.