Vladimir Putinlə Vladimir Zelenskinin görüşünü heç kəs istisna etmir. Ancaq nümayəndə heyətləri və nazirlər elə etməlidirlər ki, dövlət başçılarının görüşü nəticəli olsun, daha görüş naminə yox.
Axar.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Ukrayna və Rusiya liderlərinin görüşünün mümkünlüyü barədə danışarkəın deyib.
O bildirib ki, Rusiyanın mövqeyi qəti və aydındır, Ukrayna tərəfinə görüşdə təqdim edilib və cavab gözləyirik.
Qeyd edək ki, bundan öncə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Putin və Zelenskinin erkən görüşünün mümkün ola biləcəyini demişdi.