Son xəbərlər

 

ABŞ, Kanada, Böyük Britaniyadan sonra Almaniya da Rusiyanın enerji idxalından asılılığın aradan qaldırılması istiqamətində fəaliyyətini intensivləşdirir.

Belə ki, Almaniyanın iqtisadiyyat naziri Robert Habek “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində ölkənin Rusiya enerji mənbələrindən imtinasının vaxtı barədə danışıb. O deyib ki, biz Rusiya nefti, kömür və qazından asılılığımızı azaltmaq üçün hər gün çalışırıq: “Hər gün, əslində hər saat Rusiya idxalından bir addım uzaqlaşırıq. Əgər bu alınarsa, o zaman payızda biz Rusiya kömüründən, ilin sonuna kimi isə neftdən, demək olar ki, müstəqil olacağıq”.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu qeyd edib.

O bildirib ki, ekspertlər Almaniya üçün alternativ karbohidrogen tədarükçüləri kimi Böyük Britaniya, Norveç və Hollandiyanı göstərirlər:

“Bütövlükdə Avropa üçün alternativ mənbələr arasında ABŞ, Qətər, Liviya və Azərbaycanın adı hallanır. Bununla yanaşı, ABŞ-ın Venesuela və İranla danışıq apardığı da iddia olunur.

Qeyd edim ki, qısa müddətdə alternativlər tapmaq və onları Avropa bazarında səfərbər etmək mümkün deyildir. Liviyanın neft və qaz naziri Məhəmməd Aun bildirib ki, ölkə yalnız 5-7 ildən sonra Avropa üçün Rusiya neftini əvəz edə biləcək. Azərbaycana gəlincə, bu il Avropa bazarına 9 milyard kub metr qaz göndərəcək ki, bu da Avropa qaz idxalının 2 faizi, qaza cəmi tələbatının 1,5 faizi qədərdir.

Azərbaycanın yaxın illərdə Avropaya qaz tədarükünü 10-13 milyard kub metrə qədər artırmaq imkanı vardır. 2030-cu ilədək Azərbaycanın Avropaya qaz ixracı 18-20 milyard kub metrə qədər arta bilər ki, bu da Avropanın qaz idxalının 4 faizi deməkdir. Lakin bunun üçün TAP kəmərinin ötürücülük qabliyyəti 2 dəfə artırlmaldır ki, bu da əlavə sərmayələr və zaman tələb edir”.

Qeyd edək ki, Avropa ölkələri içərisində ən böyük iqtisadi gücə malik olan Almaniya rus neft-qazından ən çox asılı olan ölkə sayılır. Almaniyanın Rusiya enerji resurslarından bu qədər sürətlə imtina edə biləcəyi gözlənilmirdi.

28 Noyabr 2024 Ruslara evdə şir, tülki...saxalamaq yasaq edilir
28 Noyabr 2024 Baydenin təşəbbüsü gec, lakin vacib addımdır - Ərdoğan
28 Noyabr 2024 KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
28 Noyabr 2024 Putin hədələdi: Kiyev nüvə silahı əldə etsə...
28 Noyabr 2024 Putin elan etdi: PUA qoşunları yaradırıq!
28 Noyabr 2024 Gürcüstan Avropa Birliyinin qrantlarından imtina etdi
28 Noyabr 2024 Gün ərzində hər şey ola bilər! - Putindən maraqlı cavab
28 Noyabr 2024 AB Ukraynaya 18,1 milyard avro kredit ayırır
28 Noyabr 2024 İsrail HƏMAS-ın raket anbarını məhv etdi
28 Noyabr 2024 Putin açıqladı: Yeni əraziləri ələ keçirəcəyik!
28 Noyabr 2024 Şoyqudan Qərbə: Nüvə doktrinasını diqqətlə oxuyun!
28 Noyabr 2024 İsrail meydan oxudu: İranın strateji sərvətini məhv etdik!
28 Noyabr 2024 ABŞ Maykrasofta qarşı araşdırmaya başladı
28 Noyabr 2024 Putin: Rusiya NATO-ya xəbərdarlıq edib ki...
28 Noyabr 2024 Putin: Rusiyaya zərbəyə cavab olaraq 2 gündə...
28 Noyabr 2024 Putin dünyanı hədələdi: Nüvə silahına bərabərdir!
28 Noyabr 2024 Bu da Kirill: “Oreşnik”i yaradanlara təşəkkür etdi
28 Noyabr 2024 Hizbullah İsrail mifini məhv etdi - Araqçı
28 Noyabr 2024 Borrell axır ki, vəzifədən gedir – sabah...
28 Noyabr 2024 Paşinyan gəlmədi, ona görə ilk söz mənimdir
28 Noyabr 2024 Türkiyənin dəstəklədiyi qrup hücuma keçdi, şiddətli döyüş gedir
28 Noyabr 2024 Suriyada böyük əməliyyat: Əsəd təcili Moskvaya getdi
28 Noyabr 2024 Moldova Rusiyaya qarşı bu sanksiyaya qoşuldu
28 Noyabr 2024 Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
28 Noyabr 2024 AB-yə indi üzv seçilsək, məhv olarıq - Papuaşvili
28 Noyabr 2024 ABŞ bu münaqişənin həlli üçün hər cür imkana sahibdir
28 Noyabr 2024 Lavrov Baydeni "qanuni oğru" adlandırdı
28 Noyabr 2024 Paşinyan daxili işlər nazirinə yeni müavin təyin etdi
28 Noyabr 2024 ABŞ Maduronun yaxın adamlarına sanksiya tətbiq etdi
28 Noyabr 2024 Ukrayna bu müddətdə AB üzvü olacaq - Zelenski