Son xəbərlər

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Axar.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında M.Quliyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses davam edir.

Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

O, 2020-ci il aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radaya ölkədə hərbi vəziyyətin daha 30 gün uzadılması ilə bağlı qanun layihəsi təqdim edib.

Axar.az xəbər verir ki, layihə parlamentin saytında dərc olunub.

Sənəd martın 26-dan hərbi vəziyyətin daha 30 gün uzadılmasını nəzərdə tutur.

Qeyd edək ki, Ukraynada hərbi vəziyyət rejimi Rusiyanın hücumunun ilk günü - 24 fevralda 30 gün müddətinə tətbiq edilib.

ABŞ öz müttəfiqləri ilə birgə Rusiya iqtisadiyyatını sanksiyalarla tamamilə dağıtdıq.

Axar.az xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Cen Psaki deyib.

“Oyunun sonu necə olacaq – bu sual Putinədir. Biz tamamilə onun iqtisadiyyatını dağıtdıq, ukraynalılara hərbi və humanitar yardım etdik ki, Rusiya rəhbərliyinin təxmin etdiyindən daha güclü müqavimət göstərə bilsinlər. Əlbəttə, Putin müəyyənləşdirməlidir ki, onun üçün gələcək yol necə görünür”, - Psaki bildirib.

Dünya Bankı Ukraynaya əlavə 200 milyon dollar verəcək.

Axar.az xəbər verir ki, bu barədə Dünya Bankının prezidenti Devid Melpas bildirib.

"İndi Ukrayna üçün ilk ödəniş də daxil olmaqla, son iki həftə ərzində verilmiş 923 milyon dollar vəsaitimiz var", - D.Melpas qeyd edib.

Biz həm Zelenski, həm də Putinlə dostluğumuzu qorumalıyıq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla görüşdə bildirib.

“Sanksiyalara gəlincə, BMT qaydaları çərçivəsində lazım olanı etdik. Hətta NATO-nun digər üzv ölkələrinin etmədiyini Ukrayna üçün etdik", - Ərdoğan qeyd edib.

Keçmiş deputat Yevgeni Rıbçinski Ukraynaya gəldiyi ilə öyünən Çeçenistan rəhbəri Ramzan Kadırovun qətlinə görə Kiyev yaxınlığında torpaq sahəsi olan ev vəd edib.

Axar.az xəbər verir ki, bu barədə o, Feysbukda yazıb.

“Əgər Kadırov həqiqətən də Kiyevin yaxınlığındadırsa, o zaman Ukrayna ordusu və ərazi müdafiəçilərinin hər bir döyüşçüsü çeçen xalqının bu biabırçı simasını və rejimin əlaltısını məhv etməyi qarşısına məqsəd qoymalıdır. Mən Kadırovun başına Kiyev yaxınlığında 40 hektar ərazisi olan ev vəd edirəm”, - o bildirib.

Bakının Xətai rayonunda soyuqların düşməsi ilə kəsilən istilik 5 gündür bərpa edilməyib.

Bu barədə Axar.az-a ərazidə yaşayan sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, “Azəristiliktəchizat” əməkdaşları çürüyən boruları günlərdir təmir edə bilmir, nəticədə isə kəskin soyuqlarda əhali əziyyət çəkir.

Məsələ ilə bağlı saytımıza “Azəristiliktəchizat”dan verilən açıqlamada qeyd olunub ki, məhəllədaxili magistral xətlərin istismar müddətinin bitməsi ilə əlaqədar sözügedən ərazilərdə tez-tez qəza baş verir:

“Mirzə Davud küçəsindən keçən magistral istilik kəmərlərinin keçdiyi ərazidə çox sayda həyət evi var. Bu səbəbdən qəzanın aradan qaldırılması üçün lazımi texnika və maşınla əraziyə daxil olmaq mümkün deyil. Yalnız öz işçi qrupumuzun gücünə əlimizdən gəldiyi qədər (? – red.) problemi aradan qaldırmağa çalışırıq. Şənbə günü qəza aradan qaldırılsa da, istilik kəmərinin başqa hissəsində yenidən qəza yarandı. Hazırda ərazidə iş gedir. Axşama doğru istilik veriləcək. Xətai rayonunun istilik problemi iki il əvvəl hökumət qarşısında qaldırılıb. Energetika Nazirliyinin sifarişi ilə layihələr olub. Ərazidəki binalar müasir qazanxanalara keçiriləcək. Məhəllədaxili xətlər təzələnəcək”.

Zəruri olaraq xatırladaq ki, istilik, magistral su və qaz xətlərinin, o cümlədən yüksəkgərginlikli elektrik naqillərinin keçdiyi ərazilər vaxtilə Xətai rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq vətəndaşlara satılıb. Bir müddət öncə “Azərsu” ASC magistral su xəttində baş verən qəzanı aradan qaldırmaq üçün xəttin üzərində tikilən evin hasarını sökməyə məcbur olmuşdu.

Qeyd edək ki, Xətai rayonunun sabiq icra başçısı Razim Məmmədov idi, hazırkı icra başçısı Rafiq Quliyev isə 2012-ci ildən Xətai icra başçısının müavini, 2013-cü ildən isə birinci müavini olub.

“Azəristiliktəchizat” ASC-nin rəhbəri isə Yaşar Həsənov idi, 2004-cü ildən 2022-ci il fevralına qədər quruma başçılıq edib. 18 illik fəaliyyəti ərzində Yaşar Həsənov övladının bahalı avtomobilləri və keçirilən milyonluq tenderləri övladına bağlı müəssisələrin udması ilə gündəmə gəlib. Yaşar Həsənov boruların dəyişdirilməsi yox, çürüyən borulara “çüy” vurdurması ilə yadda qalıb.

Bu fəaliyyətinin nəticəsi olaraq vəzifədən çıxarıldı. Ancaq özü getsə də, çürük boruları qaldı və bu borularla vaxtaşırı “yad” edilir.