Keçmiş deputat Yevgeni Rıbçinski Ukraynaya gəldiyi ilə öyünən Çeçenistan rəhbəri Ramzan Kadırovun qətlinə görə Kiyev yaxınlığında torpaq sahəsi olan ev vəd edib.
Axar.az xəbər verir ki, bu barədə o, Feysbukda yazıb.
“Əgər Kadırov həqiqətən də Kiyevin yaxınlığındadırsa, o zaman Ukrayna ordusu və ərazi müdafiəçilərinin hər bir döyüşçüsü çeçen xalqının bu biabırçı simasını və rejimin əlaltısını məhv etməyi qarşısına məqsəd qoymalıdır. Mən Kadırovun başına Kiyev yaxınlığında 40 hektar ərazisi olan ev vəd edirəm”, - o bildirib.