Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radaya ölkədə hərbi vəziyyətin daha 30 gün uzadılması ilə bağlı qanun layihəsi təqdim edib.
Axar.az xəbər verir ki, layihə parlamentin saytında dərc olunub.
Sənəd martın 26-dan hərbi vəziyyətin daha 30 gün uzadılmasını nəzərdə tutur.
Qeyd edək ki, Ukraynada hərbi vəziyyət rejimi Rusiyanın hücumunun ilk günü - 24 fevralda 30 gün müddətinə tətbiq edilib.