Roma Papası Fransisk Ukraynanı dəstəklədiyini bildirib və müharibəyə öyrəşməməyə çağırıb.
Axar.az xəbər verir ki, bu barədə o, Tvitter hesabında Ukrayna dilində paylaşım edib.
“Gəlin bu səbirli xalqın yanında olaq və onlar üçün dua edək. Sizdən xahiş edirəm ki, müharibəyə və zorakılığa alışmayasınız, nəinki indi, hətta qarşıdakı həftələrdə və aylarda da...” - Papa yazıb.
Tvit artıq 1500-dən çox bəyənmə və 400-dən çox repost toplayıb.