ABŞ Prezidenti Co Bayden Rusiya ilə birbaşa qarşıdurmadan qaçmaq üçün Ukrayna ilə bağlı “ağrılı” qərarlar qəbul etməlidir.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzetinin məqaləsində bildirilib.
“Ağ Ev həmçinin Ukrayna səmasına öz təyyarələrini və NATO təyyarələrini göndərmək niyyətində deyil, çünki Vaşinqtondakı rəsmilər bunun qlobal yanğına səbəb olacağından ehtiyat edirlər”, - məqalədə qeyd olunub.
Bildirilib ki, zərif tarazlıq strategiyası indi Amerika siyasətinin bütün aspektlərini əhatə edir.
Nəşr yazır ki, ABŞ Prezident Administrasiyası Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edərkən, Ukraynaya silah verərkən və ya ona kəşfiyyat məlumatı ötürərkən balansı saxlamağa çalışır.
“Bayden nüvə silahı olan düşmənlə genişmiqyaslı qarşıdurmanı qızışdırmaq istəməzdi”, - məqalədə vurğulanıb.