Bu günə qədər Belarusa 2 minə yaxın ukraynalı qaçqın gəlib. Qırmızı Xaçın köməyinə isə 288 qaçqın birbaşa müraciət edib.
Axar.az xəbər verir ki, bunu Belarus Qırmızı Xaç Cəmiyyətinin baş katibi Dmitri Şevtsov deyib.
Şevtsov bildirib ki, Belarusa əsasən qadınlar və uşaqlar gəlir, onlar Qomel vilayətindəki sanatoriyalarda yerləşdiriliblər:
"Bəzən görürük ki, maşınlar acınacaqlı vəziyyətdədir, maşınlar güllə deşikləri ilə, şüşələri sınmış halda gəlir”.