Çexiya prokurorluğu keçmiş baş nazir Andrey Babişə qarşı Avropa İttifaqının ayırdığı yardımı fırıldaqçılıq yolu ilə mənimsəmə ittihamı irəli sürüb.
Milli.Az APA-ya istinadən bildirir ki, Babiş Avropa fondlarından kənd təsərrüfatı üçün ayrılmış 2 milyon avronu əldə etmək üçün özünün fermasını rəhbərlik etdiyi aqroholdinqin tərkibindən çıxarıb. Həmin dövrdə siyasi partiyalar bu məsələni qaldırsa da, Babiş faktı inkar edirdi.
2019-cu ildə Çexiya polisi məsələni araşdırsa da, prokuror işi əsassız hesab edərək xitam verib. Bu günlərdə məsələni yenidən araşdıran Baş prokurorluq qərarı ləğv edərək istintaqı bərpa edib. Babişlə yanaşı onun köməkçisi Jana Mayerova da ittiham edilir.