ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə bağlı qəbuledilməz açıqlaması iki ölkə münasibətlərini uçurumun kənarına gətirib çıxarıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
"Amerika liderinin yüksək çinli dövlət xadiminə yaraşmayan sözügedən açıqlaması iki ölkə münasibətlərinin kəsilməsinə gətirib çıxara bilər. Rusiyaya qarşı atılan düşmən xarakterli addım qəti və sərt şəkildə cavabını alacaq", - deyə XİN-in məlumatında bildirilib.
Qeyd edək ki, Bayden Putini hərbi cinayətkar və ölümcül diktator adlandırmışdı.