Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynaya göndərilən yeni çeçen hərbi birliklərinin videosunu paylaşıb.
Axar.az xəbər verir ki, Kadırov bu qüvvələrin hələ “döyüşmək üçün Ukrayana can atan çeçen könüllülərinin az bir hissəsi” olduğunu bildirib.
“Çeçen Respublikasının güc strukturlarında olan minlərlə könüllü döyüşə can atır, ancaq biz onların içərisindən ən yaxşıları seçdik. Bizim bir qram da şübhəmiz yoxdur ki, onlar hərbi tapşırıqların öhdəsindən yüksək səviyyədə gələcəklər”, - Kadırov Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, döyüşçülər qısa müddətdə Ukraynadakı dislokasiya yerlərində olacaqlar.