Moskvanın Tver məhkəməsi Rusiyada ekstermist fəaliyyətinə görə Feysbuk və İnstaqram sosial şəbəkələrini qadağan edib.
Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Qərarın dərhal icra ediləcəyi bildirilib.
Qeyd edək ki, bundan öncə Rusiya Baş Prokurorluğu sözügedən sosial şəbəkələrə girişi məhdudlaşdırmışdı.