Rusiya və Ukrayna nümayəndə heyətləri arasında 21 martda danışıqların növbəti raundu keçirilib.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya mediaya açıqlamasında deyib.
O bildirib ki, görüş onlayn formada yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 12:30) baş tutub və 1,5 saat davam edib:
“Bundan sonra işçi qrupun görüşü olub. Bu gün bütün günü işləyəcəyik”.