Çin Ukrayna müharibəsini dəstəkləmək üçün Rusiyaya silah göndərməyəcək.
Axar.az xəbər verir ki, bunu Çinin ABŞ-dakı səfiri deyib.
O, böhrana son qoymaq üçün Çinin əlindən gələni edəcəyini bildirib.
Qeyd edək ki, cümə günü ABŞ Prezidenti Co Bayden çinli həmkarı Si Szinpinlə Ukrayna mövzusunda müzakirələr aparıb.