Taliban Əfqanıstanda xaricdə istehsal olunan istənilən serialın nümayişini qadağan edib.
Kult.az xəbər verir ki, bu barədə "RİA Novosti" Əfqanıstan televiziya sənayesindəki mənbəyə istinadən məlumat yayıb.
“Taliban açıq şəkildə deyib ki, dari və puştu dillərinə tərcümə edilmiş bütün xarici serialların nümayişi dayandırılsın. Əfqanıstanda kino sənayesi, xarici serialları əvəz edə biləcək bir dənə də olsun serial və ya film yoxdur. Bu məhdudiyyət o deməkdir ki, televizorları söndürmək lazımdır”, - məlumatda bildirilib.
Qeyd edək ki, Əfqanıstan televiziyası əsasən Hindistan və Türkiyədə çəkilmiş serialları nümayiş etdirirdi.