Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz İsrailə gedəcək.
Axar.az xəbər verir ki, bunu nazir özü ölkə mətbuatına açıqlamasında deyib.
“Bildiyiniz kimi İsrail Prezidenti İshaq Hersoq Ankarada idi. Onunla görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Enerji və təbii sərvətlər nazirimiz İsrailə gedəcək və orada bir sıra görüşlər keçirəcək” dedi. Təxminən bu səfər aprel ayında baş tutacaq”, - F.Dönməz bildirib.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da aprel ayında İsrailə səfər edəcək.