Rusiya son illərin ən böyük itkisini yaşayır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski xalqa videomüraciətində deyib.
“Biz bütün gücümüzü müdafiəyə sərf etməliyik. Bu, vətən, millət və müstəqillik müharibəsidir. Ukrayna hərbçiləri Mariupoldakı humanitar dəhliz üçün atəşkəsə riayət edir. Rusiyadan da eyni davranışı gözləyirik. Avropa Birliyinə (AB) üzvlük üçün Avropa Komissiyası ilə çalışırıq. AB-dən Rusiyaya yeni sanksiyalar paketi gözləyirik”, - dövlət başçısı bildirib.