Avropa Birliyi Ukraynadakı vəziyyətə hərbi yolla müdaxilə etməyəcək, Rusiya iqtisadiyyatına zərər verəcək.
Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Təbii ki, biz vəziyyətə hərbi yolla qarışmayacağıq. Biz müharibənin genişlənməsini istəmirik, lakin onlara (Kiyev –red.) dəstək olmalıyıq. Biz Rusiyanın iqtisadiyyatına ziyan vurmalıyıq ki, müharibəni davam etdirməsin”, - Borrell qeyd edib.