İsrail hökuməti Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmalı və bu ölkənin oliqarxlarına qadağalar qoymalıdır.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland İsrail mediasına açıqlamasında deyib.
“İsrail nə etsə, ukraynalılar alqışlayacaqlar. Eyni zamanda, Ukraynaya dəstək verən beynəlxalq koalisiya da bunu məmnuniyyətlə qarşılayacaq. Dünyanın bütün demokratik dövlətlərini Putinə tətbiq edilən ixrac məhdudiyyətləri və maliyyə sanksiyalarında ABŞ-a qoşulmağa çağırırıq. Rusiya iqtisadiyyatına zərbə vurmalıyıq. Onların ehtiyac duyduğu gəlirin qarşısını almalıyıq. Buna görə də biz bütün ölkələr kimi İsraili də ABŞ-a qoşulmağa çağırırıq”, - Nuland bildirib.