Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell Ermənistan xarici işlər naziri Aratat Mirzoyanla görüşüb.
Axar.az xəbər verir ki, bu barədə diplomat Tvitter hesabında yazıb.
“Biz regional prosesləri, Avropa Birliyinin gərginliyi azaltmaq istiqamətində töhfələrini müzakirə etdik. Eyni zamanda Rusiya ilə Ukrayna arasındakı müharibəni və bunun regiona təsiri barədə fikir mübadiləsi apardıq”, - ali nümayəndə bildirib.
Bundan başqa, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Tvitter səhifəsində AB-nin Türkiyə və Ermənistanın XİN başçıları arasında keçirilən görüşlə bağlı tərəflər arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirib.