Mən nüvə savaşının ola biləcəyinə inanmaq istəmirəm və inanmıram.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov Türkiyə və Ukrayna XİN rəhbərləri ilə Antalyada üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, nüvə mövzusunu meydana Qərb rəsmiləri, xüsusilə NATO-çular atıb.