Moskva öz mövqeyini, xüsusilə də Ukrayna ilə bağlı hadisələri tərəfdaşlarına çatdırır, lakin ABŞ kimi yox, biz hələ də nəzakətli insanlarıq.
Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
“İstənilən vəziyyətdə səfirlərimizi mövqeyimizlə bağlı mümkün qədər istiqamətləndiririk, diqqəti konkret faktlara yönəldirik və səfirlərimiz bu məlumatı vicdanla ölkələrin hakimiyyət orqanlarına çatdırır. Məqsəd onlarda obyektiv təsəvvür yaranmasıdır. Hansısa suveren, müstəqil, BMT üzvü olan ölkənin arxasınca qaçıb “böyük qardaş”ın sifarişini yerinə yetirməyə məcbur etmək... - bizim ənənələrimizdə yoxdur”, - Lavrov bildirib.