Rusiya Prezidenti Vladimir Putin Misir lideri Əbdülfəttah Sisi ilə telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, tərəflər Ukrayna krizisini müzakirə ediblər.
Misir prezidenti gərginliyin azaldılması üçün diplomatik səylərin davam etdirilməsi gərəkdiyini bildirib və münaqişənin sülh yolu ilə həllinə çağırıb.